Bakı 15˚C Mostly sunny

Şuşada 3 erməni hərbçisinin meyiti tapıldı

Cəmiyyət 04:12 29 sen, 2021

Cəsədlərin Şuşa ərazisindən tapıldığı qeyd olunur

Şuşada 3 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycan işğaldan azad edilən ərazilərdən tapılan daha 3 erməni hərbçinin cəsədini Ermənistana təhvil verib.

Qazet.az xəbər verir ki, bu barədə Tert.am məlumat verib.

Cəsədlərin Şuşa ərazisindən tapıldığı qeyd olunur. Onların kimliklərini müəyyən etmək üçün ekspertiza təyin olunacaq.

Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1672-yə çatıb.