Bakı 21˚C Mostly sunny

Bakının qurtuluş tarixi Şuşada dirçəldi - Hərbi yürüşdən görüntülər

Siyasət 16:09 15 sen, 2021

Bakının işğaldan azad edilməsi Şuşada qeyd edildi

Bakının qurtuluş tarixi Şuşada dirçəldi - <span style="color:red">Hərbi yürüşdən görüntülər</span>

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Şuşa şəhərində hərbi yürüş keçirilib.

Qazet.az-ın məlumatına görə, hərbi qulluqçular orkestrin müşayiəti ilə yürüş ediblər.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.