Bakı 13˚C Cloudy

Şuşada yerləşən Abbasqulu bəy Zöhrabbəyovun evi - FOTO

Gündəm 13:27 14 okt, 2021

Şuşada yerləşən Abbasqulu bəy Zöhrabbəyovun evinin sosial şəbəkələrdə görüntüləri yayılıb

Şuşada yerləşən Abbasqulu bəy Zöhrabbəyovun evi - <span style="color:red">FOTO</span>

Azərbaycanın görkəmli şəxslərindən olan Abbasqulu Bəy Zöhrəbbəyovun Şuşada yerləşən evinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Image

Tarixən Zöhrabbəyovlar böyük nəsil olublar. Nəslin nümayəndələrindən biri Mirzə Salah bəy 1859-cu ildə Şuşada anadan olub. Fransada və Sankt-Peterburqda təhsil aldıqdan sonra Şuşaya qayıdıb öz vəsaiti hesabına məktəb tikdirib və burada rus dili dərsi öyrətməyə başlayıb.

Evin sahibi Zöhrabbəyovlar nəslinin nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında aldıqdan sonra tədris illərinə mədrəsədə davam etdirib. Evin tikintisinə Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb. 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib. Hər mərtəbədə 200-250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarılı aşbazxana, ayaqyolu var.

Image

Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilib özü isə ailəsi ilə birlikdə Bakıya köçüb. Sonradan bu ev şəkil qalereyasına çevrilib.

8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. 28 illik işğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb.
 

Image