Bakı 6˚C Windy

Şvartsenegerin 10 il davam edən boşanma prosesi yekunlaşdı

Maraqlı 12:18 30 dek, 2021

Yalnız on ildən bir qədər artıq müddət sonra cütlük rəsmi boşanmağa nail ola bilib

Şvartsenegerin 10 il davam edən boşanma prosesi yekunlaşdı

Amerikalı aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneger 10 il davam edən məhkəmə prosesindən sonra həyat yoldaşı Mariya Şrayverdən rəsmən boşanıb.

Qazet.az xəbər verir ki, cütlük 2011-ci ildə mətbuatda xadimənin Şvartsenegerdən oğlunun olması xəbərdən sonra ayrıldıqlarını açıqlamışdılar.

Yalnız on ildən bir qədər artıq müddət sonra cütlük rəsmi boşanmağa nail ola bilib.

Xəbəri verən mənbə məhkəmənin belə uzun sürməsini tərəflərin “motivasiyasının olmaması” və əmlak bölgüsü ilə bağlı mübahisələrin həllinin çətinliyi ilə izah edib.

Qeyd olunur ki, məhkəmə çəkişməsi təxminən 400 milyon dolları vəsaiti əhatə edib, tərəflər əmlakı bərabər bölüb.

Mənbə: TMZ