Bakı 9˚C Sunny

Talibanı tanımayacağıq - Səudiyyə şahzadəsi

Siyasət 18:03 22 okt, 2021

Səudiyyə Ərəbistanı şahzadəsi Turki bin Faysal Talibanı tanımayacağını bildirib

Talibanı tanımayacağıq - <span style="color:red">Səudiyyə şahzadəsi</span>

Səudiyyə Ərəbistanı şahzadəsi Turki bin Faysal 1990-cı illərdən fərqli olaraq ölkəsinin Talibanı Əfqanıstanın qanuni rəhbərliyi kimi tanımayacağını bildirib.

Qazet.az xəbər verir ki, bu barədə şahzadə BBC-yə açıqlamasında deyib.

“Səudiyyə Ərəbistanı hazırda Talibanı tanımaq barədə düşünmür və buna səbəb Talibanın Əl-Qaidə ilə əlaqələridir”, - şahzadə bildirib.

Turki bin Faysal bildirib ki, Səudiyyə Ərəbistanının keçmiş lideri Kral Abdullanın hakimiyyəti (2005-2015) dövründə ölkə Talibanla Kabil hökuməti arasında vasitəçilik etmək istəyib, Talibana Əl-Qaidə ilə əlaqələri kəsmək təklif edilib, lakin Taliban bunu qəbul etməyib.

Mənbə