Bakı 3˚C Mostly cloudy

Tanınmış fransız müğənnisi Rejin vəfat edib

Gündəm 22:45 01 may, 2022

Müğənnilik karyerasına əlavə olaraq, Regin şənliklər təşkil etməklə məşhurlaşdı. 

Tanınmış fransız müğənnisi Rejin vəfat edib

“Gecə kraliçası” adlandırılan fransız müğənni Rejin (Regine Zilberberg) bu gün 92 yaşında vəfat edib.

Qazet.az bildirir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

"Onun adı səhərə qədər davam edən parlaq məclislərin simvoluna çevrilib. O, rəqs meydançası bağlanan vaxta qədər oranı tərk etməyib". Bunları aktyor Pierre Palmade deyib.

Müğənnilik karyerasına əlavə olaraq, Regin şənliklər təşkil etməklə məşhurlaşdı. Agentliyin məlumatına görə, o, həyatı boyu müxtəlif vaxtlarda 20-dən çox diskoteka və gecə klubuna sahib olub.