Bakı 25˚C Partly sunny

Tanınmış futbolçu Azərbaycandan təklif aldı

İdman 12:28 27 iyn, 2022

Təcrübəli forvard Azərbaycan, Türkiyə və Braziliya klubları ilə danışıqlar aparır

Tanınmış futbolçu Azərbaycandan təklif aldı

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər.

Qazet.az-ın məlumatına görə, bu barədə 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra açıqlama verib.

O bildirib ki, təcrübəli forvard Azərbaycan, Türkiyə və Braziliya klubları ilə danışıqlar aparır.

Son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.

Qeyd edək ki, daha əvvəl "Sabah" klubunun baş məşqçisi Murad Musayev təcrübəli forvardla maraqlandıqlarını, hətta ona təklif göndərdiklərini bildirib.