Bakı 22˚C Mostly sunny

Tarantino Kino Tarixi Haqqında Kitab Yazdı: “Kino Spekulyasiyası”

Maraqlı 12:50 10 iyn, 2022

Tarantinonun kitabı payızda rəflərdə

Tarantino Kino Tarixi Haqqında Kitab Yazdı: “Kino Spekulyasiyası”

Kventin Tarantino kino tarixindən bəhs edən yeni əsəri ilə oxucuların görüşünə hazırlaşır. Kitabda Tarantinonun film icmalları, film nəzəriyyələri və şəxsi həyatından təfərrüatlar yer alır.

Kitab “Harper Collins” nəşriyyatında çap olunacaq.

Qazet.az xəbər verir ki, rejissorluq karyerasını son filmi ilə planlaşdıran Tarantino bu günlərdə tez-tez kitab xəbərləri ilə oxucuların qarşısına çıxır. Əvvəlcə II Dünya Müharibəsi veteranı haqqında roman yazacağını açıqlayan Tarantino qərb romanı haqqında düşündüyünü də bildirib. 

“Cinema Speculation” adlanacaq kitab 25 oktyabr 2022-ci ildə nəşr olunacaq.

Kitabın rəsmi konspektində deyilir: “ Kventin Tarantino müasir rejissorların ən məşhurlarından biridir, eyni zamanda, yaşayan ən yoluxucu kinosevərdir”.

59 yaşlı rejissor ən son 2019-cu ildə Hollivudda “Once Upon A Time…” adlı filmini çəkdi və sonradan bu əsəri daha əhatəli şəkildə tamaşaçılara çatdırmaq üçün roman formatına saldı.

Məşhur rejissor o zamankı açıqlamalarında kitab layihələrinə diqqət yetirəcəyini qeyd etmişdi. 

Kitabda rejissorun hələ yeniyetmə ikən 1970-ci illərdə baxdığı filmlər ətrafında formalaşan kitabda Tarantinonun film nəzəriyyəsi ilə bağlı fikirləri, film istehsallarını tənqid etməsi və şəxsi həyatı ilə bağlı təfərrüatlar yer alır. Tarantino kitabın həm əyləncəli, həm də intellektual cəhətdən ciddi olduğunu iddia edir.

Kitabın qiyməti isə 35 dollardır.


Qaynaq