Tarın geniş texniki və bədii ifa imkanlarını aşkar edən, solo tar ifaçılığını müasir səviyyəyə qaldıran ilk peşəkar tarzəndir
Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq, muğam bilicisi, əməksar incəsənət xadimi, prezident təqaüdçüsü Oqtay Quliyev vəfat edib.
Qazet.az xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, O.Quliyev 1938-ci ildə Ağdamda anadan olub, sənətə ilk addımını rayon musiqi məktəbində atıb, onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri həm not iztisası, həm də muğam sənəti üzrə sirlərini öyrədiblər. Müəllimlərinin məsləhətilə Bakıya gəlib və təhsilini A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində davam etdirib. Burada məşhur sənət xadimlərindən xalq artisti, professor Səid Rüstəmov və xalq artisti, muğam sərrafı Əhməd Bakıxanovdan ixtisas dərsləri alıb. Tələbəsinin istedadını yüksək qiymətləndirən Səid Rüstəmov ona böyük etimad göstərərək, bədii rəhbəri və baş dirijoru olduğu əməkdar kollektivə - xalq çalğı alətləri orkestrinə solist işləməyə dəvət edib.
Oqtay Quliyev əvvəl Səid Rüstəmovun tar ixtisası sinfində iki il təhsil alıb, sonrakı illərdə dirijorluq sahəsində püxtələşib və həmin sinifi müvəffəqiyyətlə bitirib. Səid Rüstəmov və Süleyman Ələsgərov kimi görkəmli sənətkar və pedaqoqlardan ixtisas təhsili alıb.
1963-cü ildə konservatoriyanı müvəffəqiyyətlə bitirən O.Quliyev ömrünü pedaqoji fəaliyyətə həsr edib. 1969-cu ildən konservatriyada işləməyə dəvət alıb.
Tar tədrisi üzrə yazdığı metodik tövsiyələr, proqramlar, tərtib etdiyi not məcmuələri qiymətli vəsait kimi istifadə olunurlar.
Respublikada peşəkar tar ifaçıları və müəllimlərindən ilk dissertasiya müdafiə edən məhz O.Quliyev olub. O, yaxşı mütəxəssis kimi Türkiyəyə dəvət olunmuş, 1994-2003-cü illərdə Trabzonun məşhur Qara Dəniz Texniki Universitetində professor vəzifəsində çalışıb. Burada musiqi fakultəsində ilk dəfə tar sinfi açıb, peşəkar tar ifaçıları yetişdirib, Azərbaycan tarının bu ölkədə geniş tədrisinə nail olub.
O.Quliyev SSRİ və Ümumdünya miqyaslı musiqi festivallarında iştirak edən və yüksək qələbə qazanaraq, qızıl medala, beynəlxalq festival laureatı adına layiq görülən ilk tar ifaçısıdır. O. Quliyev rus və Avropa klassik musiqisini milli alətdə məharətlə ifa edən, tarın geniş texniki və bədii ifa imkanlarını aşkar edən, solo tar ifaçılığını müasir səviyyəyə qaldıran ilk peşəkar tarzəndir.
Allah rəhmət eləsin!
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı
Azərbaycan şirkətləri Ukraynada özəlləşdirmədə iştirak edə bilər
“Azərsu” ASC-nin əməkdaşı iş yerində vəfat etdi
Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahısını yeniləyib
ÜST ərzaq bazarlarında vəhşi məməlilərin satışına son qoyulmasını istəyib
Bakının Ramana qəsəbəsinin mərkəzi küçəsi əsaslı şəkildə təmir olunur
Leydi Qaqa Romada "Gucci" nin çəkilişləri üçün gəlinlik paltarında - FOTO
Kürdəmir sakini atasına yas mərasimi keçirdiyinə görə cərimələnib
Rusiyada son sutkada koronavirusdan 338 nəfər ölüb
Azərbaycanla Ukrayna arasında yükdaşımaların artırılması təklif edilir
Fikriniz
- 0
- 0
- 0
- 0
- 0
- 0
- Rəy yazın
- Rəylər
- Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı
Son sutkada 34 nəfər “COVID-19”dan vəfat edib
Gündəm16:36 13.04.2021 - Azərbaycan şirkətləri Ukraynada özəlləşdirmədə iştirak edə bilər
İqtisadi əməkdaşlığın əsas istiqamətləri üzrə praktiki işlər qeyd olunub
Gündəm16:24 13.04.2021 - “Azərsu” ASC-nin əməkdaşı iş yerində vəfat etdi
“Azərsu” ASC-nin Pirallahı rayonunda yerləşən nasosxanasında çalışan 60 yaşlı Firuzə Məmmədova qəfildən ölüb
Gündəm16:16 13.04.2021
Azərbaycanda karantin rejimi sərtləşdirilir? - TƏBİB-dən AÇIQLAMA
Dünən həbsdən çıxdı, bu gün evi yandırıb arvadını döydü - FOTO
Azərbaycanda karantin rejimi sərtləşdirilir - Brifinqin tarixi məlum oldu
"Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq, lazım olsa, adekvat cavab verəcəyik" - Balasanyan
Gündəm
Hamısına bax- Azərbaycan şirkətləri Ukraynada özəlləşdirmədə iştirak edə bilər
İqtisadi əməkdaşlığın əsas istiqamətləri üzrə praktiki işlər qeyd olunub
Gündəm16:24 13.04.2021 - “Azərsu” ASC-nin əməkdaşı iş yerində vəfat etdi
“Azərsu” ASC-nin Pirallahı rayonunda yerləşən nasosxanasında çalışan 60 yaşlı Firuzə Məmmədova qəfildən ölüb
Gündəm16:16 13.04.2021
- ÜST ərzaq bazarlarında vəhşi məməlilərin satışına son qoyulmasını istəyib
Qurum bu qərarı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı və Ətraf Mühit proqramı ilə birgə Cenevrədə verib
Gündəm16:04 13.04.2021 - Rusiyada son sutkada koronavirusdan 338 nəfər ölüb
Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir
Gündəm15:39 13.04.2021