Bakı 9˚C Sunny

“Tazəbəy hamamı”nın fasadındakı fiqurlar söküldü - FOTO

Gündəm 18:15 09 avq, 2022

Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmırdı, ancaq qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi.

“Tazəbəy hamamı”nın fasadındakı fiqurlar söküldü - FOTO

"Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən sökülüb.

Bu barədə Qazet.az-a Dövlət Xidmətindən məlumat verilib.

"Tazəbəy hamamı"nın fasadına bərkidilən fiqurlarla bağlı qurumumuzun müraciətinə və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələblərinə abidənin xüsusi mülkiyyətçisi tərəfindən nümayiş edilən anlayışa və həmrəylik nümayişinə görə təşəkkür edirik. Əminik ki, bu hal digər abidə mülkiyyətçilərinə də nümunə olacaq. Təbii ki, qanunun pozulması yolverilməzdir. Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmırdı, ancaq qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi”, - məlumatda qeyd olunub.