Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə növbəti mitinq keçirilir
Dünya23:1708 noyabr, 2021

Aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət qurumlarının binaları ətrafına əlavə polis qüvvələri səfərbər olunub.

Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə növbəti mitinq keçirilir
Bizi-da oxuyun

Gürcüstanın paytaxtı Tbilisidəki Azadlıq meydanında ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilir.

Qazet.az xəbər verir ki, aksiyanı Vahid Milli Hərəkat Partiyası təşkil edib.

Mitinqlə əlaqədar olaraq Tbilisinin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət qurumlarının binaları ətrafına əlavə polis qüvvələri səfərbər olunub.

Qeyd edək ki, Azadlıq meydanında eyni tələbli izdihamlı mitinq oktyabrın 14-də baş tutub.

M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavi həbsxanasına yerləşdirilib. O, bu gün Qldani türmə xəstəxanasına yerləşdirilib.

Fikriniz