TƏCİLİ!!! Dmanisidə tərəflər arasında barışıq əldə edildi 
Gündəm21:2717 may, 2021

Tərəflər Dmanisi rayon İcra Hakimiyyət binasında bir araya gələrək, problemi dialoq yolu ilə həll etmək qərarı veriblər.

title
Bizi-da oxuyun

Dmanisidə iki gündür davam edən qarşıdurma sona çatıb.

Qazet.az xəbər verir ki, daxili işlər naziri, digər hökumət nümayəndələri və din xadimlərinin birbaşa iştirakı ilə tərəflər arasında barışıq əldə edilib.

Tərəflər Dmanisi rayon İcra Hakimiyyət binasında bir araya gələrək, problemi dialoq yolu ilə həll etmək qərarı veriblər.

Qeyd edək ki, dünən bir qrup svan əsilli ekomiqrant etnik azərbaycanlılara məxsus mağazaya hücum edərək oradakı insanlara qarşı fiziki şiddət tətbiq ediblər. Buna səbəb isə mağazadan aldıqları məhsulun pulunu vermək istəməmələri olub.

Bu gün isə rayon mərkəzinə toplaşan yerli azərbaycanlı icmasının nümayəndələri günahkarların dərhal cəzəlandırılmasını tələb ediblər.

Daha sonra isə insident böyüyb və tərəflər arasında Dmanisi küçələrində qarşıdurmalar yaşanıb.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0