"Kollec diplomu ilə universitetlərə qəbul qaydalarına dəyişikliklər edilməlidir" - Təhsil eksperti
Образование11:2007 iyun, 2021

Yaxın günlərdə sənəd qəbulu üçün dəqiq vaxt açıqlanacaq

<strong>"Kollec diplomu ilə universitetlərə qəbul qaydalarına dəyişikliklər edilməlidir" - Təhsil eksperti</strong>
Bizi-da oxuyun

Dünya təcrübəsində təhsilin bir pilləsindən digər pilləsinə ixtisas üzrə qəbula icazə verilir və təhsilin inkişafı üçün atılan bu cür addımlar müsbət nəticələrini də verir. 

Təhsil eksperti Kamran Əsədov Qazet.az-a açıqlamasında bildirib ki, 11-ci sinfi bitirmiş abituriyent ilə müqayisədə 2 il, 3 il bəzən 4 il kollecdə oxuyan şəxs o ixtisas üzrə ilkin və daha geniş biliklərə malikdir.

“11-ci sinfin abituriyenti universitetə hər hansı bir ixtisas üzrə qəbul olanda o qədər də həmin ixtisasla bağlı məlumatlı olmur. Ancaq orta məktəbi bitirəndən fərqli olaraq kollecdə bu ixtisas üzrə oxumuş şəxs həmin ixtisas üzrə minimum bilgilərə sahib olur. Azərbaycanda da təhsil haqqında qanuna edilmiş dəyişikliyə əsasən, artıq 3-cü ildir ki, kollecləri bitirmiş şəxslər ali təhsil müəsisələrinə qəbul ola bilirlər. Burada ixtisas uyğunluğu var və siz kollecdə hansı ixtisas üzrə təhsil almısınızsa, o ixtisas üzrə ali təhsil müəsisəsinə müsabiqədən kənar ixtisas seçiminə buraxılırsınız”, - deyə K.Əsədov bildirib.

Bununla belə, ekspert hesab edir ki, bu, həmin şəxs ixtisas seçimi edirsə, avtomatik olaraq ali məktəbə qəbul olacağı demək deyil. Daha çox iqtisadiyyatyönümlü ixtisasların məzunlarında ali məktəblərə qəbul uğurlu alınır. 


“Çünki ali təhsil müəsisələrinin II ixtisas qrupu üzrə plan yeri çox olur. Bu səbəbdən subbakalavr kimi məzun olmuş şəxslər bundan yararlana bilir. Ancaq III ixtisas qrupunda subbakalavrlar uğur qazana bilmirlər. Bu IV ixtisas qrupuna da aiddir. Mövcud dəyişikliyə görə, ali təhsil müəsisələrinə qəbul imtahanlarından sonra ixtisas seçimini subbakalavrlar abituriyentlərlə eyni vaxtda edirlər. Ancaq üstünlük abituriyentlərdə olur. Əgər hər iki şəxs eyni bal ilə müraciət edirsə üstünlük abituriyentə verilir. Nəzərə alsaq ki bu gün azərbaycanda ali təhsilli vətəndaşların sayı çox deyil, (əhalinin 17%-i) bu da olduqca az rəqəmdir”.

- Kamran Əsədov (Təhsil eksperti)


K. Əsədov təklif edir ki, kollec məzunları əmək bazarında işlə təmin olunmaqda çətinlik yaşadıqları üçün subbakalavrların ixtisas seçimində qanuna müəyyən qədər dəyişiklik etmək lazımdır.

“Onların da ixtisaslı kadr olaraq əmək bazarında şans sahibi olması xoş haldır. Mən düşünürəm ki, subbakalavrların ixtisas seçimində qanuna müəyyən qədər dəyişiklik etmək lazımdır, xüsusən tibb və müəllimlik kimi ixtisaslara onlar qəbul ola bilmirlər və yaxşı olardı ki subbakalavrların ixtisas uyğunluğu jurnalına dəyişiklik edilsin və boş qalan plan yerlərinə onların daha geniş seçim etmək şansı verilsin. Bu, həm plan yerlərinin dolmasına, həm də ali təhsil müəsisələrinin maliyyələşməsinə gətirib çıxara bilər”.

Dövlət İmtahan Mərkəzindən Qazet.az-a verilən məlumata görə, subbakalavırların ali təhsil müəssisələrinə qəbulu üçün sənəd qəbulunun vaxtı hələ ki, məlum deyil. Mərkəzin sözçüsü Xanlar Xanlarzadə bildirib ki, yaxın günlərdə sənəd qəbulu üçün dəqiq vaxt açıqlanacaq.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Eksklüziv

Hamısına bax