Bakı 21˚C Sunny

“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək PUA-lar Bakıya enib -Vİdeo

Gündəm 00:04 22 may, 2022

Təxminən 2 000 km uçan “Akıncı” təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib

“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək PUA-lar Bakıya enib -Vİdeo

Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Bu barədə Qazet.az Türkiyənin “Baykar” şirkətinin tviter hesabına istinadən xəbər verir.

Təxminən 2 000 km uçan “Akıncı” təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib.

“TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.