Bakı 7˚C Sunny

“The Rolling Stones”a həsr olunmuş markalar satışa çıxarılacaq - FOTO

Maraqlı 13:22 12 yan, 2022

Bundan əvvəl “The Beatles” (2007),  “Pink Floyd” (2016) və “Queen” (2020) bu şərəfə layiq olmuşdu

“The Rolling Stones”a həsr olunmuş markalar satışa çıxarılacaq - <span style="color:red">FOTO</span>

Böyük Britaniyanın Kral Poçtu (“Royal Mail”) məşhur rok qrupu “The Rolling Stones”a həsr olunmuş 12 marka seriyası buraxacaq. Markalar yanvarın 20-də satışa çıxarılacaq.

Qazet.az xəbər verir ki, Böyük Britaniyanın Kral Poçtu dördüncü dəfədir ki, qrupa həsr olunmuş markaları buraxır.

Bundan əvvəl “The Beatles” (2007),  “Pink Floyd” (2016) və “Queen” (2020) bu şərəfə layiq olmuşdu.

 

Mənbə: TASS