Bakı 25˚C Sunny

Tofiq Məmmədovun ölümü ilə bağlı cinayət işi açıldı

Gündəm 19:35 19 may, 2022

Həmçinin hadisə ilə bağlı zəruri ekspertizalar təyin edilib

Tofiq Məmmədovun ölümü ilə bağlı <span style="color:red">cinayət işi açıldı</span>

Bu gün səhər saatlarında Xızı rayonu ərazisində Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Həmçinin oxu: 

Qazet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, faktla bağlı Xızı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb. Həmçinin hadisə ilə bağlı zəruri ekspertizalar təyin edilib.

Digər məlumata görə, qəzada vəfat edən tanınmış alim, Mərdəkan Dendrarisinin direktoru Tofiq Abbasov sabah Mərdəkan qəsəbəsində dəfn ediləcək.

Xatırladaq ki, bu gün səhər saatlarında Xızı-Giləzi yolununun 24-cü kilometrliyində "Niva" markalı avtomobil yolun kənarında dayanmış 1957-ci il təvəllüdlü Tofiq Məmmədovu vuraraq öldürüb. Belə ki, "Niva" markalı avtomobil əvvəlcə "Daewoo Nexia" markalı digər avtomobillə toqquşub. Daha sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun kənarında olan T.Məmmədovu vurub. Ağır xəsarət alan şəxs hadisə yerində vəfat edib. Hadisə onun rəhbərliyi altında Xızı rayonuna təşkil edilmiş ekspedisiya zamanı baş verib. Bakıdan Xızıya yola düşən ekspedisiya üzvləri Giləzi qəsəbəsindən Xızı rayonunun inzibati mərkəzinə doğru hərəkət ediblər və qəza da T.Məmmədov yol kənarında piyada hərəkətdə olan zaman baş verib.

T.Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib. O, 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə “Şöhrət Ordeni”nə layiq görülüb.