Tokio-2020: Daha 12 nəfər koronavirusa yoluxdu
Dünya10:2822 iyul, 2021

Son 24 saatda daha 12 nəfərin testi müsbət çıxıb

Tokio-2020: Daha 12 nəfər koronavirusa yoluxdu
Bizi-da oxuyun

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Qazet.az Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, son 24 saatda daha 12 nəfərin testi müsbət çıxıb.

Onlardan ikisi Olimpiya kəndində yaşayan əcnəbi idmançı, digərləri isə işçilərdir.

Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə yarışın ləğv edilə biləcəyini açıqlayıb.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0