Bakı 7˚C Sunny

"Tokio nüvə sınaqlarından narahatdır" - POLİTOLOQ

Siyasət 15:05 14 iyn, 2022

Politoloq Elxan Şahinoğlu bildirib

"Tokio nüvə sınaqlarından narahatdır" - POLİTOLOQ

“NATO-nun növbəti sammiti iyunun 26-28-də Madriddə keçiriləcək. İyunun 28-30 tarixlərində isə “Böyük yeddilər"in Berlində zirvə toplantısı olacaq. İki mötəbər tədbirin ard-arda keçirilməsi qısa zaman ərzində böyük dövlətlərin liderlərini birgə toplantılarını təşkil və dünyanı narahat edən mövzuları müzakirə etməkdir”.

Qazet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, NATO və “Böyük yeddilər"in toplantısında Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi müzakirə olunacaq: “Böyük dövlətlər Rusiyanı hələ ki, dayandıra bilmirlər. Əksinə, yay aylarında müharibə daha da şiddətlənib. Kreml işğalçı müharibəni davam etdirməkdə israrlıdır. Sanksiyalar Rusiyanın gəlirlərini azaltsa da, müharibəni dayandırmaq üçün yetərli deyil".

Politoloq hesab edir ki, böyük dövlətlərin liderləri NATO və “Böyük yeddilər"in toplantısında daha kəsərli addımların atılması barədə düşünməli və qərarlar verməlidirlər. ABŞ-ın NATO-dakı təmsilçisi Julian Smit bildirib ki, Şimali Atlantika Bloku yeni strateji konsepsiya hazırlayır. Bu konsepsiyaya görə Rusiya təşkilata əsas təhlükə adlandırılacaq.

E.Şahinoğlu qeyd bildirib ki, Yaponiyanın baş naziri Fumio Kisidonun da NATO-nun zirvə toplantısına qatılacağı xəbəri yaylıb: “Halbuki, Yaponiya NATO-nun üzvü deyil. Rusiyanın Ukraynaya qarşı işğalçı müharisəbi Tokionu da narahat edir. Yaponiya Rusiya ilə əlaqələrini aşağı səviyyəyə endirib, bu ölkə ilə bir sıra birgə layihədən imtina edib. Digər tərəfdən, Tokio bölgədə Çinin artan hərbi gücündən və Şimali Koreyanın nüvə sınaqlarından narahatdır. Çinin Tayvan adasını nəzarət altına alması istəyi Qərb ölkələrində olduğu kimi Yaponiyada da təhlükə mənbəyi kimi qiymətləndirilir. Yaponiyanın baş naziri bu mövzuları NATO və “böyük yeddilər” çərçivəsində həmkarlarıyla müzakirə etmək istəyir”.
 



Qaynaq