Bakı 15˚C Mostly sunny

Tovuz sakinindən narkotik və silah aşkarlanıb

Hadisə 14:15 04 fev, 2022

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib

Tovuz sakinindən narkotik və silah aşkarlanıb

Tovuz sakinindən narkotik və silah aşkar edilib.

Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Tariyel Tağıyev saxlanılıb.

Onun üzərinə və yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin qanunsuz olaraq odlu silah əldə edib saxlaması da məlum olub. Polis əməkdaşları fərdi yaşayış evindən 1 ədəd istifadəyə yararlı “makarov” tipli tapança, həmin tapançaya aid 2 ədəd 9 mm-lik patron və bir ədəd sandıqca aşkar edib.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.