Bakı 24˚C Sunny

Toyota 7 zavodunda 11 istehsal xəttini dayandıracaq

Biznes 13:40 17 iyn, 2022

Bu gündən etibarən Toyota Yaponiyanın Aiçi, İvate və Miyaqi prefekturalarında yerləşən 7 obyektində iyulun 8-dək 11 istehsal xəttini dayandıracaq

Toyota 7 zavodunda 11 istehsal xəttini dayandıracaq

Toyota Çindən hissələrin tədarükündə yaranan fasilələrə görə 11 istehsal xəttində istehsalı dayandıracaq.

Qazet.az xəbər verir ki, Çinin Şanxay şəhərində COVID-19 epidemiyasının qarşısını almaq üçün həyata keçirilən məhdudlaşdırıcı tədbirlər Yaponiya şirkətlərinin istehsal imkanlarına təsir göstərib.

Buna görə də, bu gündən etibarən Toyota Yaponiyanın Aiçi, İvate və Miyaqi prefekturalarında yerləşən 7 obyektində iyulun 8-dək 11 istehsal xəttini dayandıracaq. Yapon şirkəti iyunda qlobal istehsalının 750 minə qədər azalacağını təxmin edir.

Toyota, 2023-cü ilin martında başa çatacaq 2022-ci maliyyə ili üçün 9,7 milyon qlobal avtomobil istehsalı hədəfini saxladığını barədə məlumat verib.

qaynaq