Bakı 7˚C Sunny

Trampın sosial media proqramı istifadəyə verildi

Biznes 13:03 22 fev, 2022

"Apple"ın tətbiq mağazası "App Store"da məhdud sayda istifadəçiyə təqdim edilən tətbiqin qarşıdakı 10 gün ərzində bütün istifadəçilərə açılacağı gözlənilir

Trampın sosial media proqramı istifadəyə verildi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Twitter" hesabını dayandırdıqdan bir il sonra “Truth Social” adlı sosial media proqramını işə salıb.

Qazet.az xəbər verir ki, "Apple"ın tətbiq mağazası "App Store"da məhdud sayda istifadəçiyə təqdim edilən tətbiqin qarşıdakı 10 gün ərzində bütün istifadəçilərə açılacağı gözlənilir.

Digər tərəfdən, tətbiq istifadəyə verildikdən bir neçə saat sonra populyar tələb əsasında giriş problemi yaranıb. Tətbiqdən bir çox istifadəçiyə göndərilən mesajda "Böyük tələbə görə sizi gözləmə siyahısına saldıq. Sizi sevirik",- ifadəsi də göndərilib.

mənbə