Bakı 7˚C Sunny

Türk dövlətlərinin ordusu yaradılır: "Turan" qurulmağa başlayıb - Bu tarixə qədər... / Rus ekspertdən ŞOK

Gündəm 01:59 23 noy, 2021

“Proqramda yazılıb ki, TDT-yə üzv olan ölkələr təbii və texnogen fəlakətlərin qarşısının alınması, nəticələrinin aradan qaldırılması üçün birgə tədbirlər görməlidirlər"

Türk dövlətlərinin ordusu yaradılır: "Turan" qurulmağa başlayıb - Bu tarixə qədər... / Rus ekspertdən ŞOK

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin “Mülki müdafiə mexanizmi” yaratması birbaşa Turan ordusunun formalaşdırılması istiqamətində atılan addımdır.

Qazet.az xəbər verir ki, bunu rusiyalı türkoloq İvan Starodubtsev Teleqram kanalında yazıb.

O qeyd edib ki, TDT-nin sammitinin yekununda qəbul edilən sənəddə, yəni “Türk Dünyasına Baxış-2040” proqramında türk dövlətlərinin ortaq ordu yaratması istiqaməti əksini tapıb:

“Proqramda yazılıb ki, TDT-yə üzv olan ölkələr təbii və texnogen fəlakətlərin qarşısının alınması, nəticələrinin aradan qaldırılması üçün birgə tədbirlər görməlidirlər. Bu sənəd türk ölkələrinin ümumi ordu yaratması istiqamətində atılan addımdır, sadəcə ekoloji fəlakət zamanı birlik adı altında təqdim olunur”. / Axar.az