Bakı 14˚C Sunny

Türk Şurasında Vətən müharibəsi şəhidləri anılıb - VİDEO

Siyasət 18:55 27 sen, 2021

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib

Türk Şurasında Vətən müharibəsi şəhidləri anılıb - <span style="color:red">VİDEO</span>

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) xüsusi iclasında Vətən müharibəsinin şəhidlərinin xatirəsi ehtiramla anılıb.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bu gündən Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı başlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib.

Fövqəladə iclas Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təşəbbüsü ilə baş tutur. İclasda həmçinin Türk Şurasına üzv olan Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, müşahidəçi qismində isə Macarıstanın xarici işlər nazirləri iştirak edirlər.