Bakı 16˚C Partly sunny

Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq

Gündəm 18:17 03 dek, 2021

Bunu təhsil naziri Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar ilə birgə keçirdikləri mətbuat konfransında deyib

Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq

Türkiyə Azərbaycan birgə ali təhsil müəssisəsinin yaradılması istiqamətində işlərə başlanılıb.

Qazet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr aparılır.

"Ümid edirəm ki, qısa zamanda bu layihənin uğurla həyata keçirilməsini təmin edəcəyik. Ölkələrimiz arasında ali təhsil sahəsindəki əməkdaşlığımız yeni bir mərhələyə qədəm qoyacaq" deyə nazir bildirib.

Mənbə