Bakı 13˚C Sunny

Türkiyə fəzaya ilk astronavtını göndərəcək

Xəbərlər 22:57 05 noy, 2021

Razılaşma əldə ediləcək şirkət Türkiyədə 7 aylıq təlim keçəcək və iki nəfər namizəd seçimini aparacaq. Təlimlərdən sonra həmin iki namizəddən biri seçilərək kosmosa göndəriləcək.

Türkiyə fəzaya ilk astronavtını göndərəcək

Gələn il Türkiyədə ilk astronavt namizədin seçimləri keçiriləcək.

Qazet.az NTV-yə istinadən xəbər verir ki, Türkiyə Uzay Agentliyinin (TUA) sədri Sərdar Hüseyn İldırım bununla bağlı ABŞ-ın “SpaceX” və Rusiyanın “Soyuz” şirkətləri ilə danışıqlar apardıqlarını bildirib.

Razılaşma əldə ediləcək şirkət Türkiyədə 7 aylıq təlim keçəcək və iki nəfər namizəd seçimini aparacaq. Təlimlərdən sonra həmin iki namizəddən biri seçilərək kosmosa göndəriləcək.

Türkiyəli astronavtın azı 1 həftə kosmosda qalacağını qeyd edən TUA rəhbəri həmin müddət ərzində elmi tədqiqatlar aparılacağını da əlavə edib: “Ona görə də astronavt namizədi elm adamlarından olacaq”.