Türkiyə gəmisi yunan katerini qovdu - Toqquşma
Dünya21:5413 iyun, 2021

Məlumat əsasında Türkiyə katerləri dərhal əraziyə doğru hərəkət edərək yunan tərəfi ilə rabitə əlaqəsi yaradıb və onların ərazi sularından çıxmalarını tələb ediblər.

Türkiyə gəmisi yunan katerini qovdu - Toqquşma
Bizi-da oxuyun

Yunanıstanın Sahil Təhlükəsizliyi Xidmətinə məxsus kater Türkiyənin ərazi sularının sərhəd xəttini pozub.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Balikesirin Ayvalık ilçəsi sahilindən bir neçə km uzaqlıqda qeydə alınan insident zamanı məlum olub ki, yunan kateri qeyri-qanuni miqrantları daşıyan qayığı öz ərazisindən çıxarmaq istəyib.

Məlumat əsasında Türkiyə katerləri dərhal əraziyə doğru hərəkət edərək yunan tərəfi ilə rabitə əlaqəsi yaradıb və onların ərazi sularından çıxmalarını tələb ediblər.

Lakin yunanlar çağırışlara məhəl qoymadığından Türkiyə katerləri zor gücü ilə yunan katerini ərazidən çıxarıb. Hətta insident zamanı katerlərin toqquşduğu da bildirilib.

Miqrantlar isə türklər tərəfindən xilas edilərək Ayvalıka gətirilib.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0