Bakı 9˚C Sunny

Türkiyə Kubokunda ilk finalçı bəlli olub

İdman 02:55 11 may, 2022

"Trabzonspor" ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdi.

Türkiyə Kubokunda ilk finalçı bəlli olub

Futbol üzrə Türkiyə Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

Qazet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda evdə "Trabzonspor"u 4:2 hesabı ilə məğlub edən "Kayserispor" həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Hesabı 3-cü dəqiqədə qonaqlardan Entoni Nvakaeme açıb. 48-ci dəqiqədə Emrah Başsan tarazlığı bərpa edib. 59-cu dəqiqədə Məcid Hüseyni meydan sahiblərini önə keçirib. 82-ci dəqiqədə Anastasios Bakasetas hesabı bərabərləşdirsə də, Abdullah Avcının baş məşqçi olduğu komanda əsas vaxta əlvə olunmuş 1-ci və 6-cı dəqiqələrdə, müvafiq olaraq, mame Tiam və Başsanın qollarına mane ola bilməyib.

"Trabzonspor" ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdi.

Yarımfinalın digər oyununda "Sivasspor" "Alanyaspor"u qəbul edəcək. Bu qarşılaşma mayın 11-də oynanılacaq.

Qeyd edək ki, "Trabzonspor" Türkiyə Super Liqasında 2021/2022 mövsümünün qalibi olub.