Bakı 16˚C Partly sunny

Türkiyə millisinin baş məşqçisi hansı yığmalarla üzləşmək istəmir

İdman 13:45 17 noy, 2021

Türkiyə millisinin baş məşqçisi pley-offda qarşılaşmaq istəmədiyi yığmaları açıqlayıb

Türkiyə millisinin baş məşqçisi hansı yığmalarla üzləşmək istəmir

"Potensial rəqiblərimizin hamısı güclüdür. Oyunumuzu da səfərdə keçirəcəyik".

Qazet.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Monteneqroya səfərdə 2:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis pley-offdakı bütün matçların çətin keçəcəyini bildirib. Almaniyalı baş məşqçi bu mərhələdə qarşılaşmaq istəmədiyi komandaların adlarını da açıqlayıb: "Mən buna nənəmin dediyi sözlərlə cavab vermək istəyirəm: "Təsir edə bilməyəcəyin şeylər haqqında çox fikirləşmə". Rəqiblərimizin hamısı çətindir, amma təbii ki, Portuqaliya və İtaliya səfərlərinə getməməyi üstün tutardım".

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il 24-25 və 28-29 martda baş tutacaq. Səpələnməmişlər səbətində yer alan "ay-ulduzlular"ın potensial rəqibləri Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç və Uels yığmaladır.

Mənbə