Bakı 15˚C Sunny

Türkiyə Prezidenti: "Yunanıstan cavab verməlidir"

Gündəm 20:53 30 iyn, 2022

“Biz adekvat addım atanda heç kim təəccüblənməməlidir. Yunanıstanın ada və adacıqları silahlandırması Lozanna və Paris anlaşmalarına ziddir. 

Türkiyə Prezidenti: "Yunanıstan cavab verməlidir"

“Hava sərhədimizi 147 dəfə pozan Yunanıstan bunun cavabını verməlidir”.

Qazet.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Biz adekvat addım atanda heç kim təəccüblənməməlidir. Yunanıstanın ada və adacıqları silahlandırması Lozanna və Paris anlaşmalarına ziddir. Qarşı tərəf həmin sənədləri oxusun və ona uyğun addımlar atsın”, - o bildirib.