Bakı 12˚C Partly sunny

Türkiyə Rusiyanın yük gəmisini saxladı

Gündəm 12:07 04 iyl, 2022

Vasili Bodnar məlumat yayıb

Türkiyə Rusiyanın yük gəmisini saxladı

Türkiyə Ukrayna taxılının daşındığı iddia edilən Rusiya yük gəmisini saxlayıb.

Qazet.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat yayıb.
“Biz Türkiyə ilə tam əməkdaşlıq edirik. Hazırda gəmi limanın girişində dayanır. O, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb”, - səfir bildirib.

Bodnar əlavə edib ki, Rusiya gəmisinin taleyi müstəntiqlərin bazar ertəsi, iyulun 4-də keçiriləcək iclasında həll olunacaq.


Qaynaq