Türkiyə şirkətləri Araz İqtisadi Zonasında fəaliyyət göstərməkdə maraqlıdır
Azərbaycan12:5327 oktyabr, 2021

Türkiyədən fəaliyyət istəyi ilə müraciətlər daxil olur

Türkiyə şirkətləri Araz İqtisadi Zonasında fəaliyyət göstərməkdə maraqlıdır
Bizi-da oxuyun

"Araz İqtisadi Zonasında fəaliyyətlə bağlı Türkiyədən müraciətlər daxil olur".

Qazet.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Araz İqtisadi Zonasının yaradılması istiqamətində çox ciddi işlər həyata keçirilir: "Biz beynəlxalq əməkdaşlığa hazırıq".

Nazir müavini bildirib ki, Cəbrayılda ilk rezident qeydiyyta alınıb: "KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub. Texniki servis mərkəzi yaxın zamanlarda fəaliyyətə başlayacaq".

Xatırladaq ki, oktyabrın 4-də Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonasının təməli qoyulub.

Fikriniz