Bakı 13˚C Sunny

Türkiyə XİN Bakıda baş verən partlayışla bağlı bəyanat yayıb

Hadisə 16:24 03 apr, 2022

Türkiyə azərbaycanlı qardaşlarının hüznünə şərikdir

Türkiyə XİN Bakıda baş verən partlayışla bağlı bəyanat yayıb

"Dünən gecə saatlarında Bakının mərkəzində baş verən partlayış nəticəsində ölən və yaralananlar olduğu haqqında aldığımız məlumat bizi dərindən kədərləndirib".

Qazet.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Bəyanatda qeyd olunub ki, Türkiyə azərbaycanlı qardaşlarının hüznünə şərikdir: "Hadisə zamanı həyatını itirənlərə rəhmət, yaralılara isə şəfa diləyirik".