Bakı 15˚C Mostly sunny

Türkiyə XİN: Qaraqalpaqıstanda baş verənləri yaxından izləyirik

Gündəm 21:11 04 iyl, 2022

Türkiyə XİN açıqlama yayıb

Türkiyə XİN: Qaraqalpaqıstanda baş verənləri yaxından izləyirik

"Biz Özbəkistanın Qaraqalpaqıstan Respublikasında baş verənləri yaxından izləyirik".

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Biz ümumi sivilizasiyaya, mədəniyyətə və tarixi bağlara malik olduğumuz strateji tərəfdaşımız, dost və qardaş Özbəkistanın sabitliyinə və firavanlığına böyük əhəmiyyət veririk. Tam əminik ki, Özbəkistan hakimiyyəti və xalqı baş verənləri sağlam düşüncə ilə, sülh və əmin-amanlıq şəraitində həll edəcək. Hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik", - məlumatda deyilir.