Bakı 16˚C Partly sunny

Türkiyə yaxınlığında hərbi fəallıq – Gizli proses ifşa edildi

Gündəm 12:42 04 iyl, 2022

Bu barədə Yunanıstanda nəşr olunan “Kathimerini” qəzeti yazıb

Türkiyə yaxınlığında hərbi fəallıq – Gizli proses ifşa edildi

Türkiyəyə qarşı təxribatçı və təhrikedici addımlarını davam etdirən Yunanıstan Egey adaları və digər kritik nöqtələrə pilotsuz təyyarələrə qarşı sistemlər yerləşdirib.

Qazet.az xəbər verir ki, bu barədə Yunanıstanda nəşr olunan “Kathimerini” qəzeti yazıb.

İddiaya görə, Yunanıstan “Bayraktar TB-2” və ya ANKA-S dronlarına qarşı İsrail istehsalı pilotsuz uçan aparatlar əleyhinə sistemləri gizli şəkildə adalara yerləşdirməyə başlayıb:

“Müdafiə sistemlərinin quraşdırılmasında məqsəd bölgə üzərində uçan PUA-ların qarşısını almaq və ya onlara mane olmaqdır”.

Nəşrin iddiasına görə, məxfi şəkildə həyata keçirilən proqramın mətbuata sızması Yunanıstan hökumətində narahatlığa səbəb olub.

Digər tərəfdən, Yunanıstanın 400 milyon avroya başa gələcək ABŞ istehsalı 3 ədəd “MQ-9 Reaper” dronu almaq üçün Vaşinqtona təklif verəcəyi gözlənilir.

Yunanıstan Baş nazir Kiryakos Mitsotakis tərəfindən 40 ədəd F-35 döyüş təyyarəsinin alınmasına dair tələb məktubunu imzaladığı və ABŞ-ın hökumət orqanlarına göndərdiyi də bildirilib. Önümüzdəki günlərdə Yunanıstan Müdafiə Nazirliyi rəsmilərinin ABŞ-a səfər edərək satınalma prosesini sürətləndirəcəyi deyilib. Amma bunun uzunmüddətli proses olacağına da diqqət çəkilib.