Bakı 14˚C Sunny

Türkiyədə avtobus aşdı: çox sayda YARALI VAR - FOTO

Gündəm 11:39 16 yan, 2022

Qəza səbəbindən Sivas-Ərzincan və Sivas-Tokat avtomobil yolunun bir hissəsi bağlanıb

Türkiyədə avtobus aşdı: <span style="color:red">çox sayda YARALI VAR - FOTO</span>

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə Sivas vilayətinin Koyulhisar rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu aşmış yük maşınına çırpılaraq aşıb. Nəticədə 15 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qəza yerinə "112" Təcili Tibbi Yardım Briqadası, xilasetmə və polis qrupları cəlb edilib.

Qəza səbəbindən Sivas-Ərzincan və Sivas-Tokat avtomobil yolunun bir hissəsi bağlanıb.