Türkiyədə illik inflyasiya 78 faizi ötdü
Gündəm
15:05 04 iyl, 2022
Türkiyə Statistika İnstitutu məlumat yayıb
Türkiyədə iyun ayında illik inflyasiya 78.62 faizə yüksəlib.
Qazet.az xəbəri verir bu barədə Türkiyə Statistika İnstitutu məlumat yayıb.
Məlumata görə, ölkədə bir ayda istehlak qiymətlərinin artımı 4,95% təşkil edib.
May ayında isə Türkiyədə illik inflyasiya 73.5 faiz idi.
Qeyd edək ki, Türkiyə maliyyə naziri Nurəddin Nəbati 2022-ci ilin sonları üçün ölkədə illik inflyasiyanın 48-49 faiz olacağını proqnozlaşdırmışdı.