Bakı 9˚C Sunny

Türkiyədə koronavirusdan daha 177 nəfər ÖLDÜ

Gündəm 02:01 16 yan, 2022

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib

Türkiyədə koronavirusdan daha 177 nəfər ÖLDÜ

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 177 nəfər ölüb.

Qazet.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 384 min 263 nəfərin test edildiyi, 63 min 967 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 52 min 016 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.