Bakı 10˚C Sunny

Türkiyədə kütləvi zəhərlənmə: 71 nəfər xəstəxanalıq oldu

Gündəm 06:12 21 iyl, 2022

Hadisə ilə bağlı yaradılan sağlamlıq qrupları zəhərlənmələrin baş verdiyi bölgədə evlərdə müşahidələr apararaq vətəndaşların sağlamlıq vəziyyətini yaxından izləyir.

Türkiyədə kütləvi zəhərlənmə: 71 nəfər xəstəxanalıq oldu

Türkiyənin Bolu vilayətində əhali arasında kütləvi zəhərlənmə baş verib.

Qazet.az xəbər verir ki, son bir neçə gün ərzində Boluda zəhərlənmə şübhəsi ilə 71 nəfər xəstəxanalara müraciət edib. Onlardan 36-nın müalicəsi davam edir, yeddi nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Müalicələrinin davamı məqsədilə Ankara Universitetinin Xəstəxanasına köçürülən beş uşaq üçün dializ prosesi başladılıb.

Bolu valisi Erkan Kılıç bildirib ki, zəhərlənmə hallarının son günlər bölgədə baş verən sel və daşqınlar nəticəsində içməli suyun mikroblarla çirklənməsi səbəbindən olduğu ehtimal edilir. Ankarada sudan alınan nümunələr üzərində araşdırmalar aparılır. Hadisə ilə bağlı yaradılan sağlamlıq qrupları zəhərlənmələrin baş verdiyi bölgədə evlərdə müşahidələr apararaq vətəndaşların sağlamlıq vəziyyətini yaxından izləyir.