Türkiyə hərbi bazası raket atəşinə tutuldu
Gündəm
15:20 16 yan, 2022
Türkiyə artilleriyası raketin buraxıldığı ərazini atəşə tutub
İraqın Mosul şəhəri yaxınlığında yerləşən Türkiyə ordusunun hərbi bazası raket atəşinə tutulub.
Qazet.az xəbər verir ki, bu barədə “Şafaq nyus” məlumat yayıb.
Məlumata görə, Zlikan hərbi bazasına 3 raket atılıb. Hücum nəticəsində ölən və yaralanan olmayıb.
Türkiyə artilleriyası raketin buraxıldığı ərazini atəşə tutub.