Türkiyənin milli döyüş təyyarəsinin istehsalı ilə bağlı son vəziyyət açıqlanıb
Hərbi14:3011 noyabr, 2021

Bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir TRT Haber-ə açıqlamasında deyib

Türkiyənin milli döyüş təyyarəsinin istehsalı ilə bağlı son vəziyyət açıqlanıb
Bizi-da oxuyun

“Türkiyənin milli döyüş təyyarəsinin bir an əvvəl istehsal edilməsi üçün bütün gücümüzlə çalışırıq”.

Qazet.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir TRT Haber-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, çox sayda ölkədə belə bir layihə yoxdur: “Hədəfimiz 2023-cü ilə qədər döyüş təyyarəsini təqdim etmək, 2025-ci ildə isə ilk uçuşumuzu həyata keçirməkdir”.

İ. Dəmir qeyd edib ki, milli döyüş təyyarəsi beşinci nəsil, uzaq məsafədən vurma qabiliyyəti olan, elektronik, modern radar sistemləri ilə təchiz ediləcək.

O, “Hürkuş” təlim təyyarəsi barədə də danışıb. İ. Dəmir vurğulayıb ki, “Hürkuş” təlim təyyarəsi NATO-ya üzv ölkələrin ordularında istifadə olunacaq və onun ixrac ediləcəyi ölkə bəllidir. İ. Dəmir hələlik “Hürkuş”un ixrac ediləcəyi ölkənin adını açıqlamayıb.

Mənbə

Fikriniz