Türkiyənin NF-5 hərbi təyyarəsi qəzaya uğrayıb, pilot həyatını itirib
Gündəm16:0807 aprel, 2021

Hadisə yerinə polis və tibbi personal cəlb edilib

title
Bizi-da oxuyun

Türkiyənin Konya şəhərində NF-5 hərbi təyyarəsi qəzaya uğrayıb, nəticədə pilot Burak Gencçelebi həyatını itirib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Təyyarənin təlim uçuşu müddətində qəzaya uğradığı bildirilib. Hadisə yerinə polis və tibbi personal cəlb edilib.

Konya şəhərinin bələdiyyə sədri Uğur İbrahim Altay məlumatı təsdiqləyib:

“Şəhərimizdə icra edilən ”Anadolu Qartalı" əməliyyatı çərçivəsində uçuş həyata keçirən hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar məlumat daxil olub", - bələdiyyə sədrinin “Twitter” hesabındakı paylaşımda bildirilib.

Hadisədən hansı səbəbdən baş verməsi məlum deyil.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0