Bakı 16˚C Partly sunny

“Twitter”də foto paylaşımı qaydaları dəyişildi

Biznes 13:49 01 dek, 2021

Bundan sonra media fayllarının dərc edilməsi üçün orada əks olunan şəxslərin icazəsi tələb olunacaq

“Twitter”də foto paylaşımı qaydaları dəyişildi

“Twitter” sosial şəbəkəsi foto paylaşımı qaydalarında dəyişiklik edib.

Qazet.az xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

Məlumata görə, bundan sonra media fayllarının dərc edilməsi üçün orada əks olunan şəxslərin icazəsi tələb olunacaq. Əks təqdirdə paylaşım silinəcək.

“Twitter”dən bildirilib ki, bu yenilik narazılıq yaradan, lakin açıq şəkildə təhqiredici məzmunu olmayan media faylları ilə bağlı tədbirlər görməyə və istifadəçilərin şəxsin razılığı olmadan onların təsvirlərinin şəbəkədə yerləşdirilməsi hallarına qarşı mübarizə aparmağa imkan verəcək.

Mənbə: TASS