Bakı 13˚C Cloudy

"Twitter"də YENİLİK - Bu funksiya ilə 2500...

Biznes 14:00 23 iyn, 2022

Sosial media mütəxəssisi Dr. Laura Toogood açıqlayır

"Twitter"də YENİLİK - Bu funksiya ilə 2500...

Sosial media platforması olan "Twitter" "Qeydlər" adlı yeni funksiyanı sınaqdan keçirdiyini açıqladı. Bu funksiya ilə istifadəçilər 2500 sözdən ibarət mətnləri paylaşa biləcəklər.
Qazet.az xəbər verir ki, postlar hazırda platformada 280 simvolla məhdudlaşır. 
“Twitter” istifadəçilərinin daha uzun anonslarda şəkillərdən istifadə etdiyini və başqa saytlarda xəbər bülletenlərinə üstünlük verdiyini gördükləri üçün belə bir addım atdığını açıqlayıb. 
Sınaqlar iki ay ərzində Kanada, Qana, Böyük Britaniya və ABŞ-da keçiriləcək. 
 Sosial media mütəxəssisi Dr. Laura Toogood bildirib ki, bu sınaq “Twitter” üçün mühüm addımdır. Dr. Toogood, xüsusiyyətin insanları digər veb saytlardan uzun məzmun oxumaq əvəzinə platformanın içərisində qalmağa təşviq edəcəyini bildirdi. 
Toogood BBC-yə açıqlamasında bildirib: “Lakin ”Twitter" indi bəzi məşhur bloq platformaları ilə rəqabət aparacaq və yeni, fərqli tipli istifadəçi cəlb edəcək vəziyyətdə ola bilər". 

Qeyd edək ki, yeni funksiya istifadəçiləri “Twitter” ekosistemində saxlamaq məqsədi daşıyır.

Qaynaq