Bakı 10˚C Sunny

UEFA avrokubokların yeni formatını təsdiqləyib

İdman 20:38 10 may, 2022

ÇL-in 8 oyunu 10 həftə ərzində keçiriləcək. 

UEFA avrokubokların yeni formatını təsdiqləyib

UEFA 2024/2025 mövsümündə Avropanın klubmiqyaslı turnirlərinə vəsiqə üçün yekun formatı və siyahını müəyyənləşdirib.

Qazet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, əsas düzəlişlər Çempionlar Liqasında (ÇL) oyun sayının 10-dan 8-ə endirilməsi və 4 əlavə yerdən ikisinin bölüşdürülmə meyarı ilə bağlıdır. Bölgü zamanı klub əmsalları əsasında iştirak qaydası ləğv ediləcək.

Avropa futbol qurumu milli liqaların müdafiəsinin vacibliyini anlayaraq, açıq mübarizə və idman nailiyyətlərinə möhkəm sadiqliyini nümayiş etdirib.

ÇL-in 8 oyunu 10 həftə ərzində keçiriləcək. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası təqvimdən bir həftə əldə edəcək.

Komanda sayının 32-dən 36-ya yüksəldilməsi nəticəsində 4 əlavə yer bu cür bölünəcək:

1. Vəsiqələrdən biri öz liqasında 3-cü, UEFA-nın milli assosiasiyalar reytinqində 5-ci yeri tutan kluba veriləcək.

2. Daha bir yer Çempionlar Yolu ilə mərhələyə adlayan komanda sayının 4-dən 5-ə artırılması hesabına ölkə çempionuna təqdim olunacaq.

3. Son 2 yeri klubları ötən il ən yaxşı mövsüm keçirmiş iki ölkəyə verəcəklər. Matçlar yenə də həftə ortasında təşkil olunacaq.

Turnir cədvəlində ilk səkkiz yerin sahibləri avtomatik olaraq pley-offa adlayacaqlar. 9 - 24-cü yerləri tutan klublar isə 1/8 finala vəsiqə qazanmaq üçün 2 oyundan ibarət pley-off matçları keçirəcəklər.

Analoji dəyişikliklər Avropa Liqası və Konfrans Liqasına da şamil olunacaq