Bakı 13˚C Cloudy

UEFA Konfrans Liqasının ilk qalibi bəlli olub

Gündəm 10:44 26 may, 2022

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. 

UEFA Konfrans Liqasının ilk qalibi bəlli olub

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Qazet.az-ın məlumatına görə, ilk dəfə təşkil olunan turnirin final oyununda Niderland "Feyenoord"nu məğlub edən İtaliya "Roma"sı titula sahib çıxıb.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo "canavarlar"a qələbə qazandırıb.

Bu, "Roma"nın 95 illik tarixində 2-ci, komandanın baş məşqçisi Joze Mourinyonun isə 5-ci avrokubok titulu olub. Paytaxt təmsilçisi daha əvvəl 1961-ci ildə Yarmarkalar Kubokunu əldə edib. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb. Mourinyo bununla 3 avrokubok turnirində titul qazanan ilk baş məşqçi olub.