Bakı 14˚C Sunny

UEFA Super Kubokunun sahibi məlum olur

İdman 11:25 10 avq, 2022

“Real Madrid” və “Ayntraxt” komandaları 23:00-da qarşılaşacaqlar

UEFA Super Kubokunun sahibi məlum olur

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

Qazet.az xəbər verir ki, Helsinki Olimpiya Stadionunda təşkil olunacaq görüşdə İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları Bakı vaxtı ilə saat 23:00-da qarşılaşacaqlar. Görüşü FIFA referisi ingiltərəli Maykl Oliver idarə edəcək.

Qeyd edək ki, İspaniya klubu UEFA Çempionlar Liqası, Frankfurt təmsilçisi isə UEFA Avropa Liqasının qalibi olduqları üçün Superkubok matçına vəsiqə qazanıblar.

İndiyədək yeddi dəfə Superkubok matçında iştirak edən “Real Madrid” aktivinə dörd qələbə yazdırıb. “Ayntraxt” isə belə bir matça ilk dəfə çıxacaq.