Bakı 18˚C Sunny

UEFA Superkubokunun qalibi məlum oldu

İdman 09:05 11 avq, 2022

UEFA Superkuboku uğrunda oyun keçirilib.

UEFA Superkubokunun qalibi məlum oldu

Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.

Qazet.az xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya Stadionunda oynanılan matçda İspaniyanın "Real" və Almaniyanın "Ayntraxt" (Frankfurt) klubları qarşılaşıb. 

Oyun Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının, "Aytraxt" isə Avropa Liqasının son qalibidir.  

10 avqust

UEFA Superkuboku

23:00. "Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:0

Qollar: Alaba, 37, Benzema, 65

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu