Bakı 10˚C Intermittent clouds

Uels millisinin qapıçısında xərçəng aşkarlanıb

Gündəm 19:03 18 okt, 2021

20 yaşlı qolkiper bu barədə "The Guardian"a açıqlamasında bildirib

Uels millisinin qapıçısında xərçəng aşkarlanıb

Şotlandiyanın "Livinqston" klubunun qapıçı Daniel Bardendə testikulyar xərşəng aşkar edilib.

Qazet.az-ın məlumatına görə, 20 yaşlı qolkiper bu barədə "The Guardian"a açıqlamasında bildirib.

Uelsli oyunçu ailəsinin, dostlarının və komanda yoldaşlarının ona dəstək olduğunu söyləyib: "Xəstəliyin erkən mərhələdə aşkarlanması müsbət amildir. Mən optimistəm, buna qalib gələcəyimə əminəm".

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Norviç" klubuna məxsus olan Daniel Barden icarə əsasında Şotlandiya təmsilçisində oynayır. O, Uelsin U-21 yığmasının da şərəfini qoruyur.

Xatırladaq ki, daha əvvəl Uels millisinin və İngiltərənin "Bornmut" klubunun futbolçusu Devid Bruksa da xərçəng diaqnozu qoyulub.