Bakı 13˚C Mostly sunny

Ukrayna DİN başçısı: "Sui-qəsddə məqsəd müşaviri qətlə yetirmək olub"

Gündəm 18:14 22 sen, 2021

Sui-qəsddə Rusiya “izini” axtarmaq hələ tezdir

Ukrayna DİN başçısı: "Sui-qəsddə məqsəd müşaviri qətlə yetirmək olub"

“Sui-qəsddə məqsəd Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci müşavirini qorxutmaq deyil, qətl etmək olub”.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri Denis Monastırski bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin komandası qorxaq deyil: “Başlanılan islahatlar, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə davam edəcək”.

Nazir deyib ki, müşavirə sui-qəsddə Rusiya “izini” axtarmaq hələ tezdir.