Bakı 21˚C Sunny

Ukrayna ordusu bir gün ərzində 40 işğalçını məhv edib

Gündəm 09:11 20 may, 2022

Bundan əlavə, Ukraynanın Donbas səmasında hava hücumundan müdafiə bölmələri “Orlan-10” tipli bir pilotsuz uçuş aparatını vurub.

Ukrayna ordusu bir gün ərzində 40 işğalçını məhv edib

Gün ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 8 tankı və 14 zirehli texnikası məhv edilib.

Qazet.az xəbər verir ki, bunu Ukrayna Birləşmiş Qüvvələri məlumat yayıb.

“Ukraynalı müdafiəçilər bu gün düşmənin 14 hücumunu dəf ediblər. İki yerdə döyüş hələ də davam edir. Cəsur döyüşçülərimiz canlı qüvvə və texnika ilə işğalçıları itki verməyə məruz qoyurlar”, - məlumatda bildirilib.

Bundan əlavə, Ukraynanın Donbas səmasında hava hücumundan müdafiə bölmələri “Orlan-10” tipli bir pilotsuz uçuş aparatını vurub.

Xüsusilə, Ukrayna müdafiəçiləri şərqdə bir gün ərzində 40 işğalçını məhv ediblər.